"WhatsApp" tətbiqində ekranın aşağı hissəsində yerləşən yeni paylaşma paneli "Instagram", "Facebook", X və "Snapchat" kimi platformalara məzmunu asanlıqla yükləməyə imkan verir.
İndex.az xəbər verir ki, istifadəçilər indi məzmunlarını bir platformadan endirmək və digər platforma yükləmək problemindən xilas olacaqlar.
"WhatsApp" kanalları üçün xüsusi paylaşma seçimi də var. Kanal yeniləməsini paylaşmaq istədiyiniz zaman avtomatik olaraq unikal link yaradılır və bu link asanlıqla digər sosial media platformalarına ötürülə bilir.

