“WhatsApp” istifadəçilərin dostları ilə musiqi dinləyə və ya videoya baxa bilməsi üçün ekran paylaşma funksiyasını gətirir.

İndex.az xəbər verir ki, funksiya hazırda beta versiyada sınaqdan keçirilir.

“WhatsApp”ın 2.23.26.18 beta versiyasında təqdim edilən funksiya ilə istifadəçilər video zəng edərkən musiqi, audio və ya video paylaşa, birlikdə dinləyə və baxa biləcəklər.

"WhatsApp"ın hazırkı versiyasında video paylaşmaq mümkün olsa da, yalnız videonun məzmununa baxmaq mümkündür.

Yeni versiyada ekran paylaşıldıqda bütün səslərin digər insanlar tərəfindən də eşidiləcəyi gözlənilir.

Yeni funksiyanın bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.