"WhatsApp"a dinlənildikdən sonra yoxa çıxan səsli mesaj funksiyası gəlib.

İndex.az xəbər verir ki, "WhatsApp"a şəkillər və videolar üçün “Bir dəfə bax” funksiyası gəldikdən iki il sonra dinlənildikdən sonra yoxa çıxan səsli mesaj funksiyası da istifadəçilərə təqdim edilib.

“WhatsApp” öz açıqlamasında bildirib ki, mesajların məxfiliyini artırmaq üçün digər şəxs dinlədikdən sonra yox olacaq səsli mesaj funksiyası yaradılıb.

Yeni funksiya sayəsində siz kredit kartı məlumatlarınızı dostunuza oxuyarkən və ya sürpriz planlaşdırarkən səsli mesaj vasitəsilə həssas məlumatları rahatlıqla paylaşa biləcəksiniz.

Bununla yanaşı bir dəfə dinlədikdən sonra yoxa çıxan səsli mesajlar aydın şəkildə "birdəfəlik" işarəsi ilə işarələnəcək və qarşı tərəfə səsli mesajın növünü başa düşməyə imkan verəcək.