"WhatsApp", beta proqramında istifadəçilər üçün yeni məxfilik xüsusiyyətini təqdim etdi.
İndex.az xəbər verir ki, "WhatsApp" artıq zənglərdə istifadəçinin IP ünvanını qoruyacaq.
Belə ki, "WhatsApp" naməlum nömrələrdən gələn zəngləri susdurmaq üçün seçim təklif edir. Lakin bunlar Zənglər bölməsində və bildirişlərdə görünür.
Görünür, "WhatsApp" daha yaxşı məxfilik və təhlükəsizlik təcrübəsi təklif etmək üçün zənglərə yeni funksiya əlavə etmək istəyir.
IP ünvanını qorumaq seçimi "WhatsApp" "Android" beta versiya 2.23.18.15-də görülüb.
