"WhatsApp"a gələn yeni funksiya açıqlanıb.

İndex.az xəbər verir ki, tezliklə "WhatsApp" vasitəsilə başqa platformalarda insanlara mesaj göndərmək mümkün olacaq.

“Üçüncü tərəf söhbətləri” başlığı "WhatsApp" tətbiqinin "beta 2.23.19.8" versiyasında peyda olub.

Bu, "Meta"nın "Aİ Rəqəmsal Bazarlar Aktı"na uyğunlaşmaq üçün platformalararası mesajlaşma təqdim edəcəyinə işarədir.

"WhatsApp"ın bu funksiyanı təklif etmək üçün 2024-cü ilin mart ayına qədər vaxtı var.