Son zamanlar istifadəçi təcrübəsi ilə bağlı yeniləmələrini sürətləndirən "WhatsApp" planşetləri də yaddan çıxartmır.

İndex.az xəbər verir ki, “WhatsApp” "Android" planşetlərinə təklif olunan ekrana bölünmə funksiyası artıq istifadəçinin ixtiyarına buraxıb.

"WhatsApp" Android planşet versiyasında da smartfonlarda olduğu kimi, söhbət bölməsi seçiləndə ekranı tamamilə söndürürdü.

Bir neçə insan ilə söhbət edənlər üçün bu, daim əsas ekrana qayıtmaq demək idi.

"WhatsApp" "Android" planşetləri üçün keçən ay bölünmüş ekran istifadəsini "Side by Side" adlı xüsusiyyət ilə beta olaraq təklif etmişdi.

Normalda bu funksiya defolt olaraq gəlirdi, lakin bu ayın yeni beta versiyasında funksiyanı söndürmək üçün Parametrlər bölməsinə seçim əlavə edilib.