"WeChat" və "Kaspersky" Kanada hökuməti tərəfindən qadağan edilib.
İndex.az xəbər verir ki, Kanada təhlükəsizlik səbəbi ilə Çin sosial media tətbiqi "WeChat" və Rusiyanın kibertəhlükəsizlik şirkəti "Kaspersky" proqramlarının hökumət mobil cihazlarında istifadəsini qadağan edib.
Kanada Xəzinədarlıq Şurasının prezidenti Anita Anand bildirib ki, Kanada hökuməti hökumət məlumatlarının məxfiliyini və qorunmasını təmin etmək üçün, eləcə də informasiya sistemlərini və şəbəkələri qorumaq məqsədi ilə bu addımı atıb:
“Biz potensial kibertəhlükələri mütəmadi olaraq izləməyə və lazım gəldikdə dərhal tədbirlər görməyə davam edəcəyik”.
