"Volvo", 2024-cü ildə dizellə işləyən avtomobillərin istehsalını dayandırmaq qərarına gəldiyini açıqladı.
İndex.az xəbər verir ki, şirkət artıq daxili yanma mühərriklərinin inkişafına pul xərcləməyəcəyini bildirib.
Nyu-Yorkda keçirilən "İqlim Həftəsi"ndə dizel mühərrikli son avtomobilinin 2024-cü ilin əvvəlində konveyerdən çıxacağını açıqlayan şirkət, 2030-cu ilə qədər də tam elektrikli avtomobillərə keçməyi planlaşdırır.
Əsas məqsəd isə 2040-cı ilə qədər karbon neytral şirkət olmaqdır.
Keçən ilin noyabrında "Volvo", "Geely" ilə birgə işlətiyi daxili yanma mühərrikləri üzrə ixtisaslaşmış müəssisənin özünə düşən payını satdı.
