Alman avtomobil istehsalçısı "Volkswagen" akkumulyator blokunun ilkin kütləvi təklif planlarından imtina edib.

İndex.az xəbər verir ki, "PowerCo"nun kütləvi təklifi və ya səhm satışı şirkətin bu il və ya gələn il prioritetləri sırasında deyil.

Mənbələr vəziyyətin hələlik qeyri-müəyyən olduğunu və bazarların yaxşılaşacağı təqdirdə planın bərpa oluna biləcəyini bildirib.

2023-cü il yüksək uçot dərəcələri səbəbindən kütləvi təkliflər baxımından son 10 ildən çox müddətdə ən pis il olub.

Fransız avtomobil istehsalçısı "Renault" da dünən elan etdi ki, iştahının azalması səbəbindən elektrik avtomobili "Ampere"nin kütləvi təklif planından imtina edib.