Alman avtomobil istehsalçısı "Volkswagen" 2023-cü ilin üçüncü rübünə olan göstəricilərini açıqlayıb.

İndex.az xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" (VW) iyul-sentyabr dövründə mənfəətini 14,9% artıraraq 4,9 milyard avroya çatdırıb.

Qrupun üçüncü rübdə avtomobil tədarükləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7% artıb.

Bu isə "Volkswagen"in tədarük etdiyi avtomobil sayının təxminən 2,3 milyona çatdığını göstərir.