"Volkswagen" Polşada akkumulyator komponentləri istehsal edən ilk fabrikini tikir.

İndex.az xəbər verir ki, "Volkswagen"nin törəmə şirkəti olan "PowerCo" və Belçikanın "Umicore" mədən şirkəti Polşada elektromobil akkumulyatorları üçün komponentlər istehsal edən fabrik quracaq.

Sözügedən obyekt 2021-ci ilin dekabrında "PowerCo" və "Umicore" tərəfindən yaradılmış 2,9 milyard dollar dəyərində birgə müəssisə olan "Ionway" tərəfindən tikiləcək.

İcazə prosesi başa çatan kimi tikinti işlərinə başlanılacağı bildirilir.

2025-ci ildə istehsala başlaması planlaşdırılan fabrikdə 900 nəfər çalışacaq.