Yeni konsept brendin "ID.7" adlı elektrik sedan modelinə əsaslanır.

İndex.az xəbər verir ki, ynei kosept karbon lif əlavələri, idman üslublu diskləri və böyük arxa spoyleri ilə standart versiya ilə müqayisədə kifayət qədər aqressiv görünür.

"Volkswagen" "ID.X Performance" konseptinin texniki xüsusiyyətləri haqqında məlumat kifayət qədər məhduddur.

Ümumi gücü 411 kVt (550 at gücü) olan iki elektrik mühərriki ilə təchiz edilmiş model "ID.7" kimi 200 kVt-a qədər DC sürətli enerji doldurma dəstəyinə malikdir.

Sözügedən konseptin istehsala daxil olub-olmayacağı hələ dəqiq deyil, lakin, alman brendi "ID.7 GTX" adlı daha idman versiyası üzərində işləyir.

Bəlkə də həmin modeldə bu aqressiv detalları görə bilərik.