Veysəloğlu Şirkətlər Qrupu

Audit Menecer

Son tarix 08 sen 2022 - 

Vəzifə öhdəlikləri:

  • Audit planında nəzərdə tutulmuş əməliyyat və maliyyə auditlərinə rəhbərlik etmək, eyni zamanda iki və daha artıq layihəni idarə etmək;
  • Biznes proseslər üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və aradan qaldırılmasına görə tətbiq olunmuş kontrol mexanizmlərinin effektivliyinin və səmərəliliyinin qiymətləndirilməsi üçün audit metodologiyasını müəyyən etmək;
  • Audit yoxlamaları üçün əhatə dairəsini və audit planını müəyyən etmək;
  • Müəyyən edilmiş audit planına uyğun olaraq audit metodologiyalarını seçmək və yoxlama istiqamətlərini müəyyənləşdirmək;
  • Layihə ərzində audit komandası üzvlərinin işini yoxlamaq və problemli məsələlər üzrə istiqamət vermək;
  • Audit işinin təyin olunmuş vaxt çərçivəsində yekunlaşmasına nəzarət etmək;
  • Audit hesabatlarını hazırlamaq, birbaşa rəhbərə və audit olunan şirkət rəhbərliyinə təqdimat etmək;
  • Aşkar olunmuş çatışmazlıqları aradan qaldırmaq üçün tövsiyyələr vermək;
  • Audit nəticələrinin audit olunmuş obyektlər və subyektlər tərəfindən icrasının təqibi üçün monitorinqləri həyata keçirmək;
  • Komanda üzvlərinin bilik və bacarıqlarının artırılması üçün təlimlər keçmək.

Ümumi tələblər:

  • Mühasibatlıq və maliyyə üzrə bakalavr və ya magistr təhsili;
  • Audit sahəsi üzrə minimum 4 il iş təcrübəsi;
  • İFRS və beynəlxalq audit standardları üzrə biliklər;
  • “ACCA”, “CİA” üzrə sertifikatlar;
  • Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti (İngilis dili biliyi arzuolunandır);
  • Ünsiyyət, vaxtın idarə edilməsi və təşkilati bacarıqlar.

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Audit Menecer” yazmaqla, öz CV-lərini göndərə bilərlər.