Veysəloğlu MMC

Arxivçi

Son tarix 27 okt 2024 - 

Şirkət: “Veysəloğlu” MMC

Funksiya: İnsan Resursları və Korporativ Kommunikasiyalar direktorluğu/ Sənədlərin idarə olunması və arxiv əməliyyatları bölməsi

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

İşin Təsviri: Şirkətin sənəd dövriyyəsinin sistemləşdirilməsi, saxlanılması, məxfiliyin qorunması və axtarışların həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

  • Arxivə təhvil verilən sənədləri (təlimatlara uyğun olaraq) qəbul edən zaman aktla təhvil-təslim etmək; Aktda qeyd edilən sənədləri əsli ilə üzləşdirmək;
  • Qəbul edilmiş sənədlərin arxivdə yerini təyin etmək və yerləşdirmək;
  • Arxivdə yerləşdirilmiş sənədlərin yerini arxiv proqramında qeyd etmək;
  • Arxivdə saxlanma müddəti bitmiş sənədləri ayırmaq və onları prosedur qaydalarına uyğun olaraq məhv etmək;
  • İş yerinin və sənədlərin saxlandığı arxiv otaqlarının təmizliyi və səliqəliliyini lazımi səviyyədə saxlamaq;
  • Vəzifə fəaliyyətindən irəli gələn məsələlər haqqında müdiriyyət qarşısında çıxış etmək, rəhbərliyin verdiyi yazılı və şifahi göstərişləri yerinə yetirmək;
  • Ezamiyyədə olduğu zaman vəzifə təlimatından irəli gələn tələbləri icra etmək, iş sistemi ilə bağlı və digər pozuntu halları aşkarlandıqda birbaşa rəhbərini məlumatlandırmaq;
  • Sənədlərin saxlanma və texniki-təhlükəsizlik qaydalarının pozulması aşkar edildikdə dərhal rəhbərliyinə məlumat vermək;
  • Şirkətin mənafeyinin qorunması məqsədi ilə məlumatların məxfiliyini qorumaq;
  • Struktur bölmələrinə sənədlərin prosedur qaydalarına uyğun surətlərinin, ehtiyac olduqda isə əsillərinin verilməsini təmin etmək;
  • Arxiv işi üçün nəzərdə tutulmuş texnologiya və proqramlardan istismar və istifadə qaydalarına əməl etmək.

Tələblər:

  • Şirkətin sənədləri ilə işləmək bacarığı;
  • Kompüter və arxiv avadanlığı ilə işləmək bacarığı, ofis proqramları bilikləri;
  • Komandada işləmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Arxivçi” qeyd etməklə  elektron poçt ünvanına və  ya  saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

İR əmək haqqı üzrə mütəxəssis

 Son tarix 27 okt 2024  - 

Şirkət: “Veysəloğlu” MMC

Funksiya: İnsan Resursları və Korporativ Kommunikasiyalar direktorluğu/İnsan Resursları Əməliyyatları Şöbəsi

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının aylıq əməkhaqqının (məzuniyyət, xəstəlik vərəqəsi, əlavə iş saatı, mükafatlar) davamiyyət cədvəllərinə əsasən hesablanmasını təmin etmək və vaxtında ödənilməsi üçün müvafiq funksiyaya yönləndirmək
  • İşçilərin məzuniyyət haqlarını, kompensasiyaları, son haqq-hesablarını hesablamaq və vaxtında ödənilməsini təmin etmək
  • Akt, icra və aliment tutulmalarını icra etmək
  • Xəstəlik vərəqələri və ezamiyyətlər üzrə ödənişlərin hesablanmasını həyata keçirmək və vaxtında ödənilməsini təmin etmək
  • Əmək haqqı kartlarının sifarişi və əməkdaşlara təhvil verilməsi
  • Vəzifə dərəcələndirmə, əməkhaqqı və bonus sistemlərini qurmaq və dəyişikliklərin edilməsini həyata keçirmək
  • Əməkhaqqı və digər aidiyyəti maliyyə məsələləri ilə bağlı işçilərin şikayətlərini dinləmək və həll edilməsi üçün müvafiq addımlar atmaq
  • İş proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və bu proseslərin reallaşdırılmasında iştirak etmək
  • Əmək haqqı təlimatlarının hazırlanmasını təmin etmək və onların optimallaşdırılmasına dəstək olmaq
  • Əmək haqqı üzrə büdcə və proqnozlarının hazırlanmasında iştirak etmək
  • Şirkət üzrə əməkhaqqı büdcəsindən istifadəyə aylıq olaraq nəzarət etmək
  • Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və birbaşa rəhbərinə təqdim etmək

Tələblər:

  • Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi biliyi
  • Yüksək səviyyədə Azərbaycan (İngilis və Rus dilləri arzuolunandır)
  • Yüksək səviyyədə MS Office biliyi (Excel, PP, Word)
  • SAP və Bənzər ERP proqaramlarından istifadəetmə bacarığı
  • Güclü analitik və problem həll etmə bacarığı
  • Yüksək səviyyədə kommunikasiya bacarığı (şifahi və yazılı)

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;

İş qrafiki:

  • Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “İR əmək haqqı üzrə mütəxəssis” qeyd etməklə  elektron poçt ünvanına və  ya  saytına göndərə bilərlər.
 
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Middle Software Developer (Backend)

 Son tarix 26 okt 2024  - 

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun  iş mühitində  iş təklif edirik.
Vəzifə öhdəlikləri:

  • Sistem tələblərini təhlil etmək və tapşırıqları prioritetləşdirmək;
  • Mövcüd kodu nəzərdən keçirmək və təkmilləşdirmək;
  • Texniki sənədlərin və prosedurların yaradılmasında iştirak etmək;
  • Layihənin texniki komandası ilə işlərin təşkilində aktiv iştirak etmək;

Tələblər:

  • 2+ il Software engineering üzrə təcrübə, infrastruktur, məlumat bazalarına dair biliklərə üstünlük verilir;
  • NET environment and .NET Core Stack tech – (e.g. , WEB API,  EF, EF Core) üzrə təcrübə;
  • Git texnologiyaları üzrə təcrübə;
  • MSSQL (T-SQL) üzrə təcrübə;
  • Algorithm Design,Algorithm optimization üzrə təcrübə;
  • OOP, AOP, OOAD, OO Epistomology, Software Design, Enterprise Design, Design Patterns və SOLID üzrə təcrübə;
  • Test Driven Development, Domain Driven Design üzrə təcrübə;
  • Memory optimization üzrə təcrübə;
  • Microsoft Azure texnologiyaları üzrə təcrübə arzuolunandır.

İş şərtləri:

  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Nahar: Təmin edilir

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Middle Software Developer (Backend)” yazmaqla, öz CV-lərini  və  ünvanına göndərə bilərlər.