"Avropa Mərkəzi Bankı FED-dən ayrılaraq uçot dərəcələrini aşağı sala bilər".
İndex.az xəbər verir ki, "Unicredit" iqtisadçısı Erik Nielsen bu sözləri açıqlamasında qeyd edib.
Ekspert bildirib ki, ABŞ-ın uzun müddət faizləri yüksək saxlamaq imkanı ola bilər, lakin Avropada belə bir imkan yoxdur:
"Pul siyasətində AMB-nin FED-dən ayrılması bazarlarda narahatlıq yarada bilər, lakin Yaxın Şərq, əmtəə, Çinin Tayvana təzyiqi və tədarük zənciri kimi məsələlər daha çox narahatlıq doğurur. Avropada pul siyasəti son dərəcə sərtləşib, lakin dünyada baş verən proseslərə nəzər saldıqda bunun əhəmiyyətsiz olduğunu görürük".
