Avropa Mərkəzi Bankı (AMB) uçot dərəcələrinin azaldılmasında dünyanın ən böyük mərkəzi banklarına rəhbərlik edəcək.
İndex.az xəbər verir ki, bazarların 90%-in proqnozuna görə, AMB gələn ilin birinci rübündə faiz endiriminə başlayacaq.
Bu, AMB-nin depozit uçot dərəcəsini 150 baza bəndi azaldaraq 2,5%-ə endirəcəyinə işarə edir.
Son zamanlar dünya bazarlarının mərkəzi banklardan faiz endirimi gözləntiləri artsa da, AMB-nin üzvlərindən biri olan İzabel Şnabelin inflyasiyanın çox böyük bir yavaşlama nümayiş etdirdiyini bildirməsi, bu gözləntiləri dəstəkləyən əsas faktor oldu.
