UBS "Credit Suisse"ni aldığına görə 400 milyon dollardan çox cərimə ödəməli olacaq.
İndex.az xəbər verir ki, "Financial Times"ın yaydığı məlumata görə, UBS, satın aldığı "Credit Suisse"nin "Archegos Capital" ilə sövdələşmələri olduğu üçün yüz milyonlarla dollar cərimə ilə üzləşib.
2021-ci ildə ABŞ-ın “Archegos” investisiya fondunun iri səhmlərinin satışından sonra dünyanın bir çox bankları və maliyyə qurumları vəziyyətin mənfi təsirinə məruz qalıb.
UBS İsveçrə bankçılıq tənzimləmə və nəzarət təşkilatı FINMA, FED və İngiltərənin Prudensial Tənzimləmə Qurumundan (PRA) əldə etdikləri nəticələri və veriləcək cəzanı ay sonuna qədər açıqlamasını istəyib.
FED-in "Archegos-Credit Suisse" işlərinə görə UBS-ə tətbiq edəcəyi maksimum cərimə 300 milyon dollar, PRA-nın cəzası isə 128 milyon dollara qədər ola bilər.
FINMA-nın cəza tətbiq etmək səlahiyyəti yoxdur.
