"Twitter"in loqo dəyişmə fikri izləyici itirməyinə səbəb olur.
İndex.az xəbər verir ki, məşhur sosial media platforması "Twitter"in, ikonik brendindən imtina edərək sahibi İlon Maskın sevimli "X" hərfini yeni loqo kimi işlətməsi, rəqibi "Mastodon"un istifadəçilərinin sayını artırmasına şərait yaradıb.
"Mastodon"un CEO-su Eugen Roçko bildirib ki, aylıq aktiv istifadəçi sayı durmadan artaraq 2,1 milyona çatıb.
