"Twitter"də bir istifadəçi milyonlarla insanı pulsuz film izləməyə vadar edib.

İndex.az xəbər verir ki, yeni yayımlanan filmdən görüntülər bir neçə gün sosial platformada dayanıb.

Qeyd edək ki, "Twitter"in "Blue" abunəçilərinə 60 dəqiqəyə qədər video yükləməyə icazə verilir. Normalda bu müddət 10 dəqiqə ilə məhdudlaşırdı.

"Twitter"in "Blue" abunəçilərindən biri həftə sonu bütün "Super Mario" filmini platformaya yükləyib.

Aprel ayında buraxılan "Super Mario" adlı filmdən görüntülər uzun müddət "Twitter"də qalıb.