İlon Mask yeni gəlir mənməyi tapıb.

İndex.az xəbər verir ki, "Twitter"in CEO-su İlon Mask "Twitter" hesabından etdiyi bir paylaşımda bildirib ki, "Twitter"də məzmun istehsalçıları və ya nəşriyyatların məqalələrini oxumaq üçün izləyicilər ödəniş etməli olacaqlar.

Mask bildirib ki, may ayından etibarən "Twitter" nəşriyyatçılara bir kliklə məqalə başına ödəniş etməyə imkan verəcək:

"Bu, aylıq üzvlük almaq istəməyən və nadir hallarda platformaya daxil olub məqalə oxumaq istəyən istifadəçilərin yolunu açacaq".