İlon Mask bir müddət əvvəl adı da daxil olmaqla, "Twitter"i X olaraq dəyişdirdi.

İndex.az xəbər verir ki, indi isə platformanın Mavi abunə xidməti "X Premium" olaraq dəyişdirilir.

Belə ki, ödənişli olan mavi abunə xidməti İlon Mask tərəfindən bir yazıda "X Premium" adlandırılıb.

Xidmətin adının niyə dəyişdiyi barədə məlumat yoxdur, lakin "Twitter"in ad dəyişikliyi kimi bunun da arxasında böyük səbəb axtarmaq lazım deyil.