Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan Milli Döyüş Təyyarələri (MMU) layihəsi davam edir.

İndex.az xəbər verir ki, Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Kahramankazanda yerləşən obyektlərində keçirilən tədbir çərçivəsində Milli Döyüş Təyyarəsinin (MMU) adı və növbəti hədəfi açıqlanıb.

Milli Döyüş Təyyarəsi Türkiyənin inkişaf etdirdiyi yeni nəsil döyüş təyyarəsi olaraq inventarda yer aldıqda, Hərbi Hava Qüvvələrinin effektivliyini əhəmiyyətli dərəcədə artıracaq.

TAİ-nin keçirdiyi tədbirdə Milli Döyüş Təyyarəsinin adı "KAAN" olaraq açıqlanıb.