Türkiyəli alimlər əczaçılıq tədqiqatlarında istifadə oluna biləcək və laboratoriya heyvanlarını əvəz edə biləcək çiplərin hazırlanması üçün 3 ölkə ilə əməkdaşlığa başlayıblar.

İndex.az xəbər verir ki, ODTÜ Mikro Elektromexaniki Sistemlər (MEMS) Mərkəzinin rəhbərliyi ilə Avropa İttifaqının “Horizon Europe” proqramı tərəfindən dəstəklənən “Çip üzərində Orqan Sistemlərinə Fokuslanmış Strateji Tərəfdaşlıq (OrChESTRA)” layihəsində çiplərin inkişafı üçün işlərə başlanılıb.

ODTÜ MEMS Mərkəzi İdarə Heyətinin üzvü və ODTÜ Elektrik və Elektronika Mühəndisliyi Bölümü müəllimi Prof. Dr. Haluk Külah OrChESTRA Layihəsi çərçivəsində aparılan elmi işlər haqqında açıqlamalar verib.

Külah, layihə ilə çip üzərində orqan sistemləri sahəsində regional mükəmməllik mərkəzi olmağı hədəflədiklərini və Belçikadan IMEC, Almaniyadan "Freiburg Universiteti" və "Eyndhoven Texnologiya Universiteti" ilə birlikdə çalışdıqlarını açıqlayıb.