Türkiyə hotellərinin banklar qarşısındakı borcu 10 milyard dollara yaxınlaşır.
Index.az xəbər verir ki, bəzi hotellərin hətta güzəşt müddəti belə bitir. Başqa sözlə, banklar girov predmeti olan hotelləri borc müqabilində ələ keçirə bilər.
Müvafiq qurumların açıqlamalarına görə, ötən il Türkiyədə 56 milyon nəfər turist istirahət edib. Lakin bəzi ekspertlər bu rəqəmin doğruluğuna şübhə ilə yanaşır.
"Ötən il bir sıra hotellər heç 50% dolmayıb. Ona görə, turizm sektorunun gəlirləri və turist sayı ilə bağlı rəqəmlər bəzi şübhələr yaradır", - deyə Bodrum Peşəkar hotel menecerləri assosiasiyasının rəhbəri Sərdar Karcılıoğlu bildirib.
O əlavə edib ki, statistikaya tranzit olaraq Türkiyədən istifadə edənləri və ticarət məqsədilə səərhədi keçənləri də əlavə edirlər.
Ekspert onu da bildirib ki, Türkiyənin 56 milyon turisti yerləşdirməyə gücü çatmsaz. Xatırladaq ki, bu il hədəf 60 milyon turisti qəbul etməkdir. Assosiasiya rəhbəri bunu "əlçatmaz arzu" adlandırıb.
Karcılıoğlu onu da bildirib ki, Türkiyədəki bankların 70-75%-i bankların ipotekadadır: "Banklar hotel sahiblərindəın tələb edir ki, aktivlərini satsınlar və borclarını qaytarsınlar. Başa düşmək lazımdır ki, banklar özləri hotelləri satışa çıxarsa, borcun bir qismini qaytara biləcək. Son illər ərzində hotelçilik sahəsində bir çox "əl dəyişikliyi" baş verdi".
Onun sözlərinə görə, bu sektorda ciddi kadr çatışmazlığı var. Belə ki, təxminən 500 min vakansiya "xarici və ucuz işçi qüvvəsi ilə doldurulur".
