Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTQ) verdiyi açıqlamaya görə, "Twitter"də reklamın aparılması qadağan edilib.

BTQ "Twitter"in üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi səbəbilə sosial media platforması "Twitter"də reklamı qadağan edib.

Qəbul edilən qərara əsasən, Türkiyədə yaşayan vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər "Twitter"də yeni reklam yerləşdirə bilməyəcək.