Türkiyə Ticarət Nazirliyinin Reklam Şurası bu ay keçirilən iclasında "ChatGPT"nin yaratdığı reklamları araşdırıb.

İndex.az xəbər verir ki, Rekalm Şurası "ChatGPT" tərəfindən yaradılan 3 fərqli reklam əsərinə inzibati cərimələr kəsildiyini açıqlayıb.

Ticarət Nazirliyi sentyabr iclasında 138 reklam fəaliyyətini araşdırıb və onlardan 120-nin qanunvericiliyə zidd olması barədə qərar qəbul edib.

Bu reklamlara görə dayandırma cəzası tətbiq edilib və ümumilikdə 12,231,507 TL inzibati cərimə kəsilib.