1360 meqavat gücü ilə Avropanın ən böyük günəş elektrik stansiyasına çevrilən "Karapınar" YES-in açılış mərasimi keçirilib.
İndex.az xəbər verir ki, "Karapınar" YES ildə 3 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək.
"Karapınar" YES dünyanın 5-ci Avropanın isə ən böyük günəş elektrik stansiyası olub.
20 milyon kvadratmetr əraziyə 3 milyon 256 min 38 günəş paneli yerləşdirilib.
Bu günəş panelləri Ankaradakı "Kalyon PV" fabrikində 80% yerlilik dərəcəsi ilə istehsal edilmişdir.
