Cümhuriyyətin 100-cü ildönümündə əməyi olan naməlum adlara diqqət çəkmək, onları anmaq və bugünkü nəsillərə izah etmək üçün elektriklə işləyən klassik avtomobil istehsal edilib.
İndex.az xəbər verir ki, uzun illər avtomobil sənayesində çalışan fərqli təcrübəyə malik şəxslərin bir araya gəlməsi ilə kağız üzərində başlayan elektrik mühərrikli klassik avtomobil TYRA, Cümhuriyyətin 100-cü ildönümündə sərgilənib.
Qrupa rəhbərlik edən "Dogon Dizayn"ın baş texnologiya direktoru Taner Bahar, layihənin ortaya çıxmasına Topkapılı Cambaz Mehmet və onun səylərinin səbəb olduğunu söyləyib.
İngilis İşğal Qüvvələrinin İstanbuldakı komandanı general Harinqtonun avtomobilini qaçıraraq Qazi Mustafa Kamal Paşaya göndərən Topkapılı Cambaz Mehmetin də kəşfiyyat məlumat toplamaq üçün yaradılan "Mim Mim Təşkilatı"nın liderlərindən biri olduğunu və Anadoluya qaçaqmalçılıq yolu ilə silah və sursat keçirdiyini bildirib.
Avtomobilə gəlincə isə, L7 kateqoriyasında 2 nəfərlik ağır motosiklet tipli nəqliyyat vasitəsi olduğunu qeyd edən Bahar, tam elektrikli avtomobili ən qısa zamanda kütləvi istehsal etməyi hədəflədiklərini bildirib.
