Türkiyə Kosmik Agentliyinin Ay Tədqiqatları Proqramı (AYAP) üçün əhəmiyyətli bir irəliləmə baş verib.
İndex.az xəbər verir ki, "Thales Alenia Space" ilə TÜBİTAK UZAY arasında rabitə avadanlığına əsaslanan razılaşma əldə edilib.
AYAP layihəsi ilə Türkiyə ilk Ay missiyasını uğurla həyata keçirməyi və öz imkanları ilə Ayda fəaliyyət göstərə bilən azsaylı ölkələrdən biri olmağı hədəfləyir.
"Thales Alenia Space" "AYAP-1" kosmik gəmisi ilə yer stansiyası arasında rabitə əlaqəsini yaratmaq üçün "S-Band TT&C" (İzləmə, Telemetriya və Komanda) transponderini təmin edəcək.
TT&C transponderi kosmik gəmini idarə etmək üçün yer stansiyası tərəfindən göndərilən əmrləri qəbul etmək və kosmik gəminin statusu haqqında mühüm məlumatları ehtiva edən telemetriya məlumatlarını geri göndərmək məqsədi daşıyır.
