ABŞ-ın keçmiş prezidenti Donald Tramp Mayami federal məhkəməsində hökumətin məxfi sənədlərini gizlətdiyinə dair ittihamları rədd edib.
İndex.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp geniş təhlükəsizlik tədbirləri altında gəldiyi, "Wilkie D. Fergusson Jr" məhkəmə binasında hakim qarşısına çıxıb.
Hakim qarşısına çıxarılan Trampa dövlət məxfi sənədlərini gizlətmək və istintaqa mane olmaqla bağlı 37 ayrı ittiham oxunub.
Tramp ittihamları səssizcə dinləyərkən, onunla birlikdə olan vəkili Todd V. Blanş hakim Conatan Qudmana bütün ittihamları rədd etdiklərini bildirib.
