ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, noyabrda keçiriləcək prezident seçkilərində məğlub olacağı təqdirdə 2028-ci il seçkilərində yenidən namizəd olacağını gözləmir.
İndex.az xəbər verir ki, 78 yaşlı Tramp ardıcıl üç seçkidə Respublikaçılar Partiyasının prezidentliyə namizədi olub və son səkkiz ildə Respublikaçılar Partiyasını əhəmiyyətli dərəcədə yenidən formalaşdırıb.
"Sinclair Media Group"a verdiyi müsahibədə Trampdan Demokratlar Partiyasından prezidentliyə namizəd və vitse-prezident Kamala Harrisə uduzacağı təqdirdə yenidən namizəd olub-olmayacağı sualına “Xeyr, belə düşünmürəm, bu, sonuncu dəfə olacaq" deyə cavab verib.
Bununla belə, Tramp əlavə edib: “Ümid edirəm ki, çox uğurlu olacağıq”.
