"Toyota" iyul ayı üzrə avtomobil satış məlumatları paylaşıldı.
İndex.az xəbər verir ki, yapon avtomobil istehsalçısı "Toyota Motor", qlobal satışların iyul ayında keçən ilin eyni ayı ilə müqayisədə təxminən 8% artaraq 859 min 506 ədəd ilə rekord həddə çatdığını bildirib.
"Hino Motors" və "Daihatsu" markalarını da daxil etdikdə isə "Toyota"nın iyul ayında satışları 5,2%-lik artımla 918 min 345 ədədə çatıb.
"Toyota" iyul ayında qlobal istehsalını yüksək səviyyədə saxlayıb və illik müqayisədə 14,6% artaraq 809,400 avtomobilə çatdırıb.
Markanın Yaponiyadakı satışları təxminən 35% artaraq 1 milyon 1025 ədəd, Çində isə 15% azalaraq 152 min 717 ədəd olub.
ABŞ-da satışlar 8,1%, Avropada isə 17,8% artıb.
