Yapon avtomobil istehsalçısı "Toyota"nın qlobal istehsalı və satışı 2022-ci maliyyə ilində indiyədək ən yüksək səviyyəyə çatıb.
İndex.az xəbər verir ki, "Toyota"dan verilən açıqlamaya görə, şirkətin 2023-cü ilin mart ayında başa çatan 2022-ci maliyyə ili üçün qlobal istehsalı 2021-ci maliyyə ili ilə müqayisədə 6,5% artaraq 9,13 milyona çatıb.
Epidemiyanın yaratdığı ehtiyat hissələrinin tədarükü boşluqlarının bağlanması ilə xaricdə istehsal sözügedən dövrdə 9,2% artaraq 6,34 milyona yüksəlib.
Şimali Amerika, Çin və Cənub-Şərqi Asiya kimi avtomobil bazarlarında istehsalın artması sözügedən rəqəmin artmasında təsirli olub.
