Türkiyənin ilk akkumulyatorlu hibrid avtomobili olan yeni "Toyota C-HR"in istehsalına başlanılıb.
İndex.az xəbər verir ki, yeni C-HR üçün 317 milyon avroluq sərmayə ilə birlikdə "Toyota"nın Türkiyəyə qoyduğu ümumi investisiyası 2,5 milyard avroya çatıb.
"Toyota Automotive Industry Turkey"in yatırdığı 308 milyon avroluq əlavə sərmayə ilə "Toyota C-HR" və PHEV akkumulyatoru istehsalına başlanılıb.
Yeni "Toyota C-HR", Avstraliya və Yeni Zelandiya bazarlarına, ümumilikdə isə Okeaniya bölgəsinə ixrac ediləcək.
