"Toyota" ABŞ-dakı servislərə təxminən 1,9 milyon RAV4 avtomobilini geri çağırıb.

İndex.az xəbər verir ki, "Toyota" sərt dönmələr zamanı hərəkət edərək yanğına səbəb ola biləcək batareyalarla bağlı problemi həll etmək üçün ABŞ-da təxminən 1,9 milyon RAV4 avtomobilini geri çağırdığını açıqladı.

Geri çağırma 2013-cü ildən 2018-ci ilə qədər olan bəzi RAV4-ləri əhatə edir.

"Toyota"nın verdiyi açıqlamada, yolsuzluq avtomobillərində istifadə edilən bəzi əvəzedici 12 voltluq batareyaların yuxarı ölçüləri digərlərindən daha kiçikdir.

Saxlayıcı sıxac düzgün şəkildə bərkidilməsə, batareya hərəkət edə bilər. Bunula da, müsbət terminal sıxac ilə təmasda olub qısaqapanmaya səbəb ola bilər.

Şirkət saxlama sıxacını, batareya qabını və müsbət terminal qapağını yeniləyəcəyini və dekabrın sonuna qədər avtomobil sahiblərini məlumatlandıracağını bildirib.

"Toyota" problemin hər hansı yanğına, qəzaya və ya xəsarətlərə səbəb olub-olmadığını söyləməkdən imtina edib.