"Toyota" birinci yarımildə qlobal istehsalını da artırıb.

İndex.az xəbər verir ki, "Toyota"nın qlobal satışları ötən illə müqayisədə cari ilin aprel-sentyabr aylarında 8,3% artaraq 5,6 milyon ədəd satışla rekord səviyyəyə çatıb.

Afrika və Yaxın Şərqdəki satışların artması "Toyota"nın satışlarının rekord səviyyəyə çatmasına zəmin yaradıb.

Yapon şirkəti açıqlamasında maliyyə ilinin birinci yarısında qlobal istehsalın onun törəmə şirkətləri olan "Daihatsu Motor" tərəfindən də həyata keçiriləcəyini bildirib.

"Toyota" və "Lexus" markalı avtomobillərin satışları Afrikada 22%, Yaxın Şərqdə 17%, Şimali Amerikada 9,4%, Avropada isə 7% artıb.