"Togg T10X"in tədarük sayı ilə bağlı brenddən yeni açıqlama gəldi.
İndex.az xəbər verir ki, "Togg" tədarüklərə başladığı ilk üç ayda (may-iyun-iyul) yalnız 1435 avtomobili sahiblərinə çatdıra bilib.
Keçən qısa müddət ərzində aylıq tədarüklər bu üç aylıq dövrdəkindən çox olub.
"Togg" 2023-cü ildə cəmi 28 min avtomobil istehsal etməyi və onlardan 20 mini fərdi müştərilərə təqdim etməyi hədəfləyir.
Mart ayında verdiyi açıqlamada şirkət 2030-cu ilin sonuna qədər cəmi 1 milyon avtomobil istehsal etməyi hədəflədiklərini bildirdi.
C-SUV-dan başqa şirkət "C-X Coupe", "C-Sedan", B-SUV və C-MPV kuzov tipli dörd fərqli model istehsal etməyi planlaşdırır.
İkinci model olan "C-Sedan"ın 2025-ci ildə təqdim ediləcəyi gözlənilir.
