2024-cü ildə qlobal xam neft ixracının həcmi COVID-19 pandemiyasından sonra ilk dəfə geriləyib.
İndex.az xəbər verir ki, qlobal ixrac məlumatlarına görə, 2024-cü ildə neft ixracı 2% azalıb.
Bu azalmanın səbəbi isə Ukrayna və Yaxın Şərqdəki müharibələrdir.
Belə ki, müharibə səbəbindən tankerlərin daşınma istiqaməti dəyişdirilib, təchizatçılar və alıcılar bölgələrə bölünüb.
Bununla da, Yaxın Şərqdən Avropaya edilən neft ixracı azalarkən, ABŞ və Cənubi Amerikadan Avropaya gedən neftin miqdarı artıb.
Əvvəllər Avropaya gedən Rusiya nefti isə Hindistan və Çinə yönəldilib.
Bu dəyişikliklər Qırmızı dəniz gəmiçiliyinə davamlı hücumların olması səbəbindən Avropada neft emalı zavodlarının bağlanmasına gətirib çıxarıb.
