"Meta"nın "Twitter"ə rəqib kimi başlatdığı "Threads" üçün bahar çağının bitdiyi görünür.
İndex.az xəbər verir ki, yeni sosial medianın qarşılıqlı əlaqəsi debütündən bəri azalıb.
"Sensor Tower" və "Similarweb"in məlumatlarına görə, proqramda böyümə və cəlbetmədə azalma mərhələsindədir.
Yeni mətn əsaslı sosial media platforma "Threads", cəmi beş gün ərzində 100 milyon istifadəçiyə çataraq əhəmiyyətli bir rekord qırmışdı.
"Sensor Tower" məlumatlarına əsasən, çərşənbə axşamı və çərşənbə günü platformanın gündəlik aktiv istifadəçilərinin sayı şənbə ilə müqayisədə təxminən 20%, istifadəçilərin platformada keçirdikləri vaxt isə 50% azalaraq 20 dəqiqədən 10 dəqiqəyə düşüb.
