Əvvəllər "Twitter" kimi tanınan X, təlatümlü dövrlərlə mübarizə apararkən, onun ən böyük rəqibi olan "Meta" dəstəkli "Threads" getdikcə böyüyür.

İndex.az xəbər verir ki, ilk dəfə 2023-cü ilin iyulunda buraxılan "Threads" çox qısa müddətdə 100 milyon istifadəçiyə çatdı.

Lakin bu sürətli yüksəlişlə yanaşı, istifadəçi marağı da eyni sürətlə azaldı və aktiv istifadəçi sayı cəmi bir neçə həftə ərzində 70% aşağı endi.

Məlumatlara görə, "Threads"in yüklənmə sayı ötən dekabr ayında yenidən artmağa başlayıb.

Platforma o vaxtdan bəri bu səviyyəni qoruyur, X isə daha zəif şəkildə böyüyür.

Son üç ay ərzində "Threads"in yükləmə sayı X-ə nəzərən 2-3 dəfə artırıb.

Bununla belə, cari maliyyə hesabatlarına nəzər salsaq, "Threads"in aktiv istifadəçilərinin sayı bir ildən az müddətdə X-in dörddə birini keçib.