Brüsseldə yerləşən Korporativ Avropa Rəsədxanası və "Lobbycontrol" Avropa İttifaqındakı (Aİ) böyük texnologiya şirkətlərinin lobbiçilik fəaliyyətləri ilə bağlı araşdırmalarını dərc edib.
İndex.az xəbər verir ki, böyük texnologiya şirkətlərinin Aİ qurumlarına qarşı lobbiçilik xərcləri keçən il 113 milyon avro təşkil edib.
Texnologiya şirkətlərinin 2021-ci ildə Aİ-də lobbi fəaliyyəti üçün çəkdiyi xərc 97 milyon avro olub.
Keçən il ümumilikdə 651 şirkət və assosiasiya lobbiçilik vasitəsilə Aİ-nin rəqəmsal iqtisadiyyat siyasətlərini formalaşdırmağa çalışıb.
Texnologiya şirkətləri arasında keçən il lobbi fəaliyyətinə ən çox pul xərcləyən şirkət "Meta" olub.
Meta 2021-ci ildə Aİ-dəki fəaliyyəti üçün 5 milyon 750 min avro xərclədiyi halda, keçən il bu rəqəm 8 milyon avroya çatıb.
"Apple"in Aİ-də lobbiçilik xərcləri 2021-ci ildə 3,5 milyon avro, keçən il isə 7 milyon avro olub.
