“Tesla”nın Almaniyadakı fabrikində 25 min avroluq bir model isthsal edəcəyi ilə bağlı xəbərlər Çinin elektromobil şirkətlərinin səhmlərinin azalmasına səbəb oldu.

İndex.az xəbər verir ki, Honkonqda “Nio” şirkətinin səhmləri 5%-dən çox ucuzlaşıb.

“XPeng” və BYD isə qısa müddət ərzində 3%-dən çox dəyər itirib.

“Tesla”nın ucuz avtomobil xəbərləri Avropa İttifaqının Çində istehsal olunan elektrik avtomobillərinə qarşı araşdırma başlatmasından sonra yayıldı.