“Tesla” “Cybertruck” modeli üçün tez-tez "paslanmayan" ifadəsindən istifadə edirdi.

İndex.az xəbər verir ki, bəzi “Tesla Cybertruck” sahibləri artıq avtomobillərinin yağış səbəbindən paslanmağa başladığını bildiriblər.

Bəzi istifadəçilər avtomobillərinin yağışa, soyuq havaya və bir az günəş işığına məruz qaldıqdan sonra pas və korroziyaya məruz qaldığını bildiriblər.

İstifadəçilər deyirlər ki, bu ləkələr təkcə kir deyil, çünki avtomobillərini yuduqdan sonra da metal səthdə ləkələr qalmağa davam edir.

“Cybertruck” istifadəçisi artıq paslanan avtomobili cəmi 11 gün əvvəl aldığını və çox az istifadə etdiyini qeyd edib.