"Tesla" "Model Y" elektromobilinin dünyanın ən çox satılan avtomobili olduğunu bildirib.

İndex.az xəbər verir ki, "Tesla" öz bəyanatında bildirib ki, 2023-cü ildə dünya üzrə təxminən 1,2 milyon "Model Y" elektromobili satılıb.

Bundan əvvəl "Toyota"nın "Corolla" modeli uzun müddətdir ki, hər il ilin ən çox satılan avtomobili olurdu.

"Toyota" hələ 2023-cü ilin ümumi satış sayını açıqlamayıb.

Qeyd edək ki, "Toyota" 2022-ci ildə 1,12 milyon ədəd "Corolla" satmışdı.

Ekspertlər onun "Model Y"ni ötəcəyini gözləmirlər.