"Tesla" avtomobil qiymətlərində növbəti endirimi edib.

İndex.az xəbər verir ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla", ABŞ-da iki ən bahalı elektrik avtomobil modelinə tələbi artırmaq üçün bu il üçüncü dəfə qiymətləri endirib.

Şirkətin saytındakı qiymət siyahılarına əsasən, "Tesla" "Model S" və "Model X" qiymətlərində 5000 dollar endirim edib.

Şirkətin flaqmanı kimi tanınan "Model S" sedanı indi keçən aykı qiymətindən 5000 dollar endirimlə 84 990 dollardan başlayan qiymətlə satışa çıxarılacaq. Eyni şəkildə, "Model X" 5000 dollar endirimlə 94 990 dollardan başlayan qiymətlə satışa çıxarılacaq.