Hindistan bazarında əlini gücləndirmək istəyən “Tesla”, ölkəyə 2 milyard dollar sərmayə qoymağa başlayır.

İndex.az xəbər verir ki, “Tesla” bunun sayəsində yüksək vergilərdən xilas olacaq.

Hindistan ölkəyə gətirilən elektriklə işləyən avtomobillərə hədsiz vergilər qoyur.

Belə ki, qiyməti 40 min dollardan yuxarı olan nəqliyyat vasitələrindən 100%, 40 min dollardan aşağı olan nəqliyyat vasitələrindən isə 70% vergi tutulur.

Buna görə də, “Tesla” dünya üzərində əhalinin ən sıx məskunlaşdığı ölkədə rəqabət aparmaq üçün mühüm investisiya qərarı verib.

“Tesla” Hindistana yatırım etdiyi halda 12 minə qədər avtomobil idxalı üçün 15% vergi endirimi əldə edilə bilər.

İdxal həcmi 30 min avtomobilə çatarsa, “Tesla” ümumi investisiyalarını 2 milyard dollara çatdıracaq.