ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" Çinin Şanxay şəhərində yerləşən fabrikində 2 milyonuncu avtomobilini istehsal edib.

İndex.az xəbər verir ki, 2019-cu ildə istifadəyə verilən fabrikdə 30 ayda 1 milyon avtomobil həddi, 13 aydan az müddətdə isə 2 milyon avtomobil həddi keçilib.

"Şanxay" fabrikində istehsal olunan avtomobillərin sayı 2022-ci ildə əvvəlki illə müqayisədə 48% azalaraq 710 minə çatıb.

Ötən il zavod 450 mindən çox “Model Y” və 250 mindən çox “Model 3” elektromobili istehsal edib.