"Tesla", 2023 "Holiday Update" adı altında təqdim edəcəyi yeniləmələrlə avtomobillərinə yeni xüsusiyyətlər əlavə edir.

İndex.az xəbər verir ki, bunlardan ən diqqət çəkəni qəza zamanı təcili yardım xidmətlərinə avtomatik zəng etmə xüsusiyyətidir.

"Tesla"dan verilən açılamaya görə, bu xüsusiyyətin ən önəmli tərəfi qəza dağlıq və ya səhralıq yolarda baş verdikdə, avtomobilin dərhal təcili yardım xidmətinə zəng etməsidir.

Çünki belə yollarda avtomobil çox az olur.

Qəzanın baş verdiyi yerdən növbəti avtomobilin keçməsi və qəzanın fərqinə varması çox gec ola bilər.

"Tesla", xüsusiyyətin havanın çirklənməsinə səbəb olacaq böyük qəzalarda aktivləşdiriləcəyini bildirib.