"Tesla" 2 milyard dollarlıq fabrik investisiyası üçün Hindistanla razılaşmaya yaxındır.

İndex.az xəbər verir ki, razılaşmanın yanvarda keçiriləcək "Qucarat Qlobal Sammit"ində elan edilməsi planlaşdırılır.

Hindistanın Qucarat, Maharaştra və Tamil Nadu əyalətlərinin elektriklə işləyən avtomobillər və ixracat üçün yaxşı qurulmuş ekosistemlərə malik olduğu bildirilir.

"Tesla" ölkədəki fabrik sərmayəsi üçün minimum 2 milyard dollar investisiya etməyi planlaşdırarkən, ölkədən avtomobil hissələri alışını 15 milyard dollara qədər artıra biləcək.