"Tesla" bir neçə aydır tətbiq etdiyi endirimlərdən sonra bu dəfə artım etdi.

İndex.az xəbər verir ki, elektrikli avtomobil nəhəngi "Tesla" ABŞ, Çin, Kanada və Yaponiyada "Model 3" və "Model Y" daxil olmaqla avtomobillərinin qiymətini artırıb.

Buna baxmayaraq "Tesla" avtomobillərinin qiyməti dünyada bir neçə dəfə edilən qiymət endirimləri səbəbindən hələ də ilin əvvəli ilə müqayisədə daha aşağı səviyyədədir.